ÖYRƏN VƏ TƏTBİQ ET

Sistem dizaynı

Tələbdən miqyaslanan arxitekturaya

7 modul · 76 dərs Orta səviyyə Azərbaycan dilində

Kurs haqqında

Şəbəkə, API və məlumat modelindən başlayıb oxu-yazı yükünü, real vaxt yeniləmələrini və çoxaddımlı prosesləri dizayn edəcəksən. Hər dərsdə izah, idarə olunan axın, praktik tapşırıq və cavabı açıqlanan quiz var.

Başlamazdan əvvəl

HTTP, məlumat bazası və sadə backend tətbiqi ilə tanışlıq faydalıdır. Dərs və tapşırıqlar üçün təxminən 47 saat ayır. Öz tempində oxu və quizdən əvvəl cavabını əsaslandır.

Nə öyrənəcəksən?

  • Tələbi ölçülə bilən texniki qərara çevir.
  • Keş, sharding, indeks və tutarlılıq arasında seçim et.
  • Təkrar sorğu, rəqabət və qismən nasazlıq üçün bərpa qur.
  • Xəbər lenti, monitorinq və fayl paylaşma dizaynlarını tamamla.

Açıq və premium dərslər

Hər modulun ilk 2 mövzusu pulsuzdur. Qalan mövzuların hamısına $29 birdəfəlik ödənişlə giriş əldə et. Qəbzi WhatsApp-a göndər; ödəniş təsdiqləndikdən sonra giriş hesabına açılacaq.

Kurs proqramı

7 modul 76 dərs

Dərslər haqqında

Mətn və tapşırıqlar Proxy Academy üçün Azərbaycan dilində hazırlanıb. Hello Interview kursunun mövzu kataloqu proqram üçün istinad kimi istifadə olunub. Dərslər həmin premium kursun surəti və ya tərcüməsi deyil.