MƏLUMAT MƏRKƏZİ

Məxfilik siyasəti

Hesab və öyrənmə məlumatlarından necə istifadə olunur.

Toplanan məlumatlar

Qeydiyyat zamanı ad, soyad, e-poçt ünvanı və şifrə təqdim edirsən. Şifrələr açıq mətn kimi saxlanılmır. Hesabdan istifadə zamanı kurs qeydiyyatı, dərs irəliləyişi, qeydlər, əlfəcinlər və göndərdiyin şərhlər emal olunur.

Məlumatlardan istifadə

Bu məlumatlar hesab yaratmaq, girişə imkan vermək, öyrənmə vəziyyətini saxlamaq, hesab təhlükəsizliyini qorumaq və müraciətlərinə cavab vermək üçün istifadə olunur. İrəliləyiş, yadda saxlanan suallar, profil məlumatları və kod qaralamaları hesabına bağlanaraq cihazlar arasında sinxronlaşdırıla bilər.

Sayt analitikası

Səhifənin ünvanı, baxış vaxtı, təsadüfi brauzer identifikatoru, giriş vəziyyəti və IP ünvanından təxmini ölkə qeydə alınır. Girişdən sonrakı baxışlar hesabına bağlanır. Ad və e-poçt yalnız administratora görünür. IP ünvanı analitika bazasında saxlanılmır və kənar geolokasiya xidmətinə göndərilmir.

Digər xidmətlər

Google ilə giriş aktiv olduqda autentifikasiya üçün Google xidmətindən istifadə edilir. E-poçt təsdiqi və şifrə bərpası üçün xidmət məktubları göndərilə bilər. WhatsApp, LinkedIn və xarici resurslar öz məxfilik qaydalarını tətbiq edir.

Ödəniş məlumatları

Müsahibə girişini təsdiqləmək üçün dəstəyə ödəniş çeki göndərdikdə çek və hesab e-poçtu istifadə olunur. Şifrəni, kart təhlükəsizlik kodunu və bank hesabı məlumatlarını göndərmə.

Məlumatların idarə olunması

Hesab məlumatlarını düzəltmək və ya silmək, məlumatların saxlanması və xidmət təminatçıları barədə sual vermək üçün dəstəklə əlaqə saxla. Dəyişiklikdən əvvəl hesabın sənə aid olduğu yoxlanıla bilər.

Brauzer yaddaşı

Giriş sessiyası və brauzerdə saxlanan məlumatlar barədə ətraflı məlumat üçün Cookie və brauzer yaddaşı siyasətinə bax.