MƏLUMAT MƏRKƏZİ

İstifadə şərtləri

Hesabdan və tədris materiallarından istifadə qaydaları.

Xidmətin məzmunu

Proxy Academy backend proqramlaşdırmanı öyrənmək üçün kurslar, yol xəritələri, resurslar və müsahibə sualları təqdim edir. Açıq və hazırlanmaqda olan kurslar ayrıca göstərilir. Tezliklə yazılan kurslar qeydiyyata açıq deyil.

Hesabın istifadəsi

Düzgün məlumat təqdim et, şifrəni məxfi saxla və başqasının hesabından icazəsiz istifadə etmə. Platformanın işinə mane olmaq, icazəsiz girişə cəhd etmək və digər istifadəçiləri təhqir etmək qadağandır.

Materiallar və paylaşım

Tədris materiallarından şəxsi öyrənmə üçün istifadə edə bilərsən. Materialları icazəsiz yenidən satmaq və bütöv şəkildə yaymaq qadağandır. Xarici resurslar müəllif və lisenziya şərtlərinə tabedir.

Qiymət və giriş

Kursların cari qiymətləri kurs səhifələrində, müsahibə cavablarına giriş şərtləri isə müsahibə bölməsində göstərilir. Bütün müsahibə suallarına giriş birdəfəlik $19 ödəniş çekinin yoxlanılmasından sonra aktivləşir. Ödəniş, aktivləşmə və geri qaytarma barədə əvvəlcədən dəstəklə əlaqə saxla.

Tədris nəticəsi və sertifikat

Kursu tamamladıqda sertifikat verilir. Sertifikat işə qəbul və ya peşəkar akkreditasiya zəmanəti deyil. Nəticə şəxsi məşqdən və mövzuları tətbiq etməkdən asılıdır. Fərdi mentor rəyi yalnız ayrıca təsdiq edildikdə xidmətə daxildir.

Məxfilik və müraciətlər

Şəxsi məlumatların emalı Məxfilik siyasətində izah olunur. Suallarını və iradlarını əlaqə kanalı ilə göndərə bilərsən.