Giriş cookie-si
academy_refresh cookie-si giriş sessiyasını yeniləmək üçün istifadə olunur. JavaScript-dən oxunmayan HttpOnly cookie-dir. Standart server konfiqurasiyasında müddəti 30 gündür; çıxış zamanı cari sessiya ləğv edilir.
Lokal yaddaş
Daxil olduqda kurs və yol xəritəsi irəliləyişi, müsahibə suallarının statusu, yadda saxlanan suallar, profil əlavələri və kod qaralamaları hesabınla sinxronlaşdırılır. Başqa cihazda eyni hesaba daxil olaraq bu məlumatlara davam edə bilərsən. Brauzer yaddaşı müvəqqəti nüsxə və hələ serverə göndərilməmiş dəyişikliklər üçün istifadə olunur. Sinxronlaşdırma alınmadıqda səhifədə bildiriş göstərilir.
Analitika identifikatoru
academy.analytics.visitor lokal yaddaş açarı eyni brauzerin ziyarətlərini saymaq üçün təsadüfi identifikator saxlayır. Giriş etməmiş ziyarətçinin adı məlum deyil. Hesabdan çıxış və hesab dəyişməsi zamanı yeni identifikator yaradılır. Saytın brauzer məlumatlarını silməklə bu identifikatoru da silə bilərsən.
Seçimlərin
Brauzerin parametrlərindən cookie-ləri bloklaya və sayt məlumatlarını silə bilərsən. Bu zaman hesabdan çıxış edilə və hələ sinxronlaşdırılmamış dəyişikliklər itə bilər. Hesabında saxlanılmış məlumatlar silinmir. Açıq kurs təqdimatı və nümunə dərs üçün hesab tələb edilmir.
Xarici keçidlər
Google ilə giriş və ya WhatsApp, LinkedIn kimi xidmətlərə keçid zamanı həmin xidmətlər öz qaydalarına uyğun cookie istifadə edə bilər. Ətraflı məlumat üçün Məxfilik siyasətinə bax.