MƏLUMAT MƏRKƏZİ

İstifadə şərtləri

Hesabdan və tədris materiallarından istifadə qaydaları.

Xidmətin məzmunu

Proxy Academy backend proqramlaşdırmanı öyrənmək üçün kurslar, yol xəritəsi, resurslar və müsahibə sualları təqdim edir. Açıq və hazırlanmaqda olan kurslar ayrıca işarələnir. “Tezliklə” yazılan kurslar hazırda qeydiyyata açıq deyil.

Hesabın istifadəsi

Hesabında düzgün məlumat təqdim et, şifrəni məxfi saxla və başqasının hesabından icazəsiz istifadə etmə. Platformanın işinə mane olmaq, icazəsiz girişə cəhd etmək və digər istifadəçiləri təhqir etmək yolverilməzdir.

Materiallar və paylaşım

Tədris materiallarından şəxsi öyrənmə üçün istifadə edə bilərsən. Materialların yenidən satılması və icazəsiz bütöv şəkildə yayılması qadağandır. Xarici resurslar öz müəlliflərinin və lisenziyalarının şərtlərinə tabedir.

Qiymət və giriş

Kursların cari qiymətləri kurs səhifələrində, müsahibə cavablarına giriş şərtləri isə müsahibə bölməsində göstərilir. Bütün müsahibə sualları və cavablarına birdəfəlik 19 AZN ödənişlə giriş çek yoxlanıldıqdan sonra hesaba açılır. Ödəniş, girişin aktivləşməsi və geri qaytarma ilə bağlı sualları ödəniş etməzdən əvvəl dəstəyə yönəldə bilərsən.

Tədris nəticəsi və sertifikat

Kursun tamamlanmasına görə sertifikat verilir. Sertifikat işə qəbul və ya peşəkar akkreditasiya zəmanəti deyil. Nəticə şəxsi məşqindən və mövzuları tətbiq etməyindən asılıdır. Fərdi mentor rəyi yalnız ayrıca təsdiqləndiyi halda xidmətə daxildir.

Məxfilik və müraciətlər

Şəxsi məlumatların emalı Məxfilik siyasətində izah olunur. Xidmətlə bağlı sual və iradları əlaqə kanalı ilə göndərə bilərsən.