Haradan başlayım?
Kompüter elmlərinin əsasları ilk açıq kursdur. Başlamaq üçün proqramlaşdırma təcrübəsi tələb olunmur.
Platforma pulsuzdur?
Yol xəritəsi və açıq resurslar pulsuzdur. Müsahibə bölməsində hər səviyyədən 3 sual cavabı ilə pulsuz açıqdır. İlk kursun cari qiyməti kurs səhifəsində göstərilir. Bütün müsahibə sualları və cavablarına giriş birdəfəlik 19 AZN-dir.
Nümunə dərs üçün qeydiyyat lazımdır?
Xeyr. İlk dərs hissəsini birbaşa oxuya bilərsən.
Bütün kurslar hazırdır?
Xeyr. İlk kurs açıqdır, digər kurslar “Tezliklə” kimi göstərilir. Hazırlanan kurslara hazırda qeydiyyat açılmır.
Sertifikat və mentor rəyi varmı?
Kursu tamamladıqda sertifikat verilir. Fərdi mentor rəyi üçün əvvəlcə dəstəklə əlaqə saxla; bu xidmətin mövcudluğu ayrıca təsdiqlənməlidir.
Şifrəmi unutmuşam
Şifrə bərpası səhifəsindən istifadə et. Hesab mövcuddursa, e-poçtuna birdəfəlik keçid göndərilir.